https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026

AFFA-dan "Turan Tovuz"a xəbərdarlıq

AFFA-dan "Turan Tovuz"a xəbərdarlıq

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda "Turan Tovuz" klubunun ötən gün yaydığı etiraz bəyanatı ilə bağlı qərar qəbul edilib.

PFL-in yaydığı məlumatda bildirilib: “Turan Tovuz” AFFA və PFL-in imicinə zərər vuran əsassız bəyanat verdiyinə görə kluba xəbərdarlıq edilməsinə qərar verilib".

Qeyd edək ki, "Turan Tovuz" ötən gün Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Şamaxı" ilə qarşılaşıb. Görüşdən əvvəl klub oyunun "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanmamasına və oyunda VAR hakiminin olmamasına görə etiraz bəyanatı yayıb. Bölgə təmsilçisi oyunun təxirə salınmasını istəyib və matçın şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğunu qeyd edib. AFFA və PFL isə "Turan Tovuz"a cavab olaraq bəyanatlar yayıblar. 

Şamaxı şəhər stadionunun meydanının təmizlənmiş və oyuna hazır vəziyyətdə olduğuna görə görüş təxirə salınmayıb. Matçda "Turan Tovuz" 0:1 hesabı ilə qalib gəlib. 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.