https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycan 1-ci liqa matçı ilə bağlı yeni qərar

Azərbaycan 1-ci liqa matçı ilə bağlı yeni qərar

Peşəkar Futbol Liqası 1-ci Liqanın 16-cı turu matçı ilə bağlı yeni qərar verib.

525.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Son günlərdə qar yağışı xüsusən ölkənin şimal-qərb bölgəsində intensiv olub. Bu səbəbdən də Zaqatala Olimpiya İdman Kompleksinin stadionunun ot örtüyü tamamilə qarın altında qalıb və onu təmizləmək də mümkünsüzə çevrilib. 

Bu məqamı nəzərə alan PFL “Zaqatala” PFK-nın müraciəti və MOİK-in də razılığı əsasında 1-ci Liqanın 16-cı turunda fevralın 28-də keçirilməli olan “Zaqatala” – MOİK oyununun yerini III dövrədə baş tutacaq, 24-cü turun MOİK – “Zaqatala” görüşünün məkanı ilə dəyişmək qərarına gəlib. 

Beləliklə, fevralın 28-də MOİK rəqibini Binə qəsəbə stadionunda qəbul edəcək. Oyunun başlama saatı dəyişməz olaraq qalır. Qarşılaşma saat 14:00-da start götürəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.