
Məşhur müğənni və aktyor Elvis Preslinin evi satışa çıxarılıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdəki malikanə 24,5 milyon dollar qiymətləndirilib.
Los-Ancelesin Beverli Hillz elit rayonunda yerləşən malikanənin ərazisi 492,2 kv.m-dir. Qazon və ağaclarla əhatə olunmuş evdə 4 yataq, 5 vanna, 2 qonaq otağı və mətbəx, həmçinin, hovuz və cakuzi var.
Qeyd edək ki, Elvis Presli bu evi 1967-ci ildə alıb. 6 il həyat yoldaşı Prissilla və qızı Liza Mari ilə 6 il bu evdə yaşayıb.

L.Tağıyeva



