https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Azərbaycan badmintonçuları Uqandada 6 medal qazanıblar

Azərbaycan badmintonçuları Uqandada 6 medal qazanıblar

Azərbaycanın gənc badmintonçuları Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Junior Future" seriyalı beynəlxalq turnirdə 6 medal qazanıblar.

525.az Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 19 yaşadək badmintonçular arasında keçirilən turnirdə Ülvi Hüseynov oğlanların şəxsi yarışında bürünc medala yiyələnib.

Qızların şəxsi kateqoriyasında finala kimi irəliləyən Həcər Nuriyeva gümüş medalla kifayətlənib. Daha 4 medal qoşa kateqoriyalarda qazanılıb.

Qarışıq qoşa kateqoriyasında Əmirxan İmanov - Həcər Nuriyeva və Ülvi Hüseynov - Leyla Camalzadə tandemləri "Uganda Junior International 2025" turnirində bürünc medal qazanıblar.

Oğlanların qoşa kateqoriyasında Ülvi Hüseynov və Əmirxan İmanov yarımfinala yüksələrək bürünc medalı təmin edib. Qızların qoşa yarışında isə Leyla Camalzadə - Həcər Nuriyeva cütlüyü gümüş medala yiyələnib.

Daha bir badmintonçumuz - Diki Pangestu isə "Uganda International Challenge 2025" turnirində gümüş medal qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.