https://525.az/img/pics/medium/2026-02/383391_y481p9y3zc.jpg Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb - FAKTİKİ HAVA
https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
search
6 İyul 2026
5 İyul 2026
4 İyul 2026
3 İyul 2026

Avropa çempionatında rekord nəticə

Avropa çempionatında rekord nəticə

Azərbaycan idmançıları Serbiyanın paytaxtı Belqradda keçirilən IMMAF Avropa Çempionatında iştirak edib.

525.az xəbər verir ki, “Ranko Zeravica Sports Hall” idman kompleksində baş tutan yarışda Azərbaycan MMA Federasiyasının (AZMMAF) prezidenti Rövşən Həsənovun rəhbərliyi altında idmançılar 7 medal qazanıb.

10-11 yaşlıların kateqoriyasında çıxış edən Eldar Həsənli bütün rəqiblərinə qalib gələrək çempion olub. 18-21 yaşlıların kateqoriyasında Ələkbər Mahmudov, 21 yaşdan yuxarı idmançıların mübarizəsində isə Sahil Şakirov ən yüksək əyarlı medala layiq görülməklə çempionluq sevinci yaşayıb.

Yalnız finalda məğlub olan Mətin Əmirli və Cəfərsadiq Mirzəyev Avropa çempionatının gümüş medalını qazanıb.

Digər idmançılarımız Əli Novruzlu və Səlahəddin Rəhimov isə qitə yarışını üçüncü pillədə başa vurub.

Avropa çempionatında milli komanda baş məşqçi Şəhriyar Abbasov, məşqçilər Ravil Fətullayev və Natiq Novruzzadənin rəhbərliyi altında hazırlaşıb.

Qeyd edək ki, qitə yarışında azərbaycanlı hakimlər Vüsal Bayramov və Rəsul Ağayev ədalət təmsilçisi kimi ölkəmizi təmsil edib.

 

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.