|
|
|
|
Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisindəki yanğın tam söndürülüb.
525.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Neft Emalı Zavodunun ərazisindəki yanğını zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırıb.
525.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
Neft Emalı Zavodunun ərazisində baş verən yanğınla bağlı atmosfer havasında monitorinq-ölçmə işlərinin aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinq Mərkəzinin mütəxəssisləri əraziyə yollanıb.
525.az-a bu barədə nazirlikdən məlumat verilib.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:00 radələrində Nizami rayonu, Neft emalı zavodu ərazisindən yanğın baş verməsi səbəbilə çağırış daxil olub.
525.az-ın məlumatına görə, TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına 3 təcili tibbi yardım briqadası cəlb olunub.
***
Bakıda Neft Emalı Zavodunun ərazisində yanğın başlayıb.
525.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.