Rusiyanın Maqadan vilayətində qar uçqunu nəticəsində dörd turist həlak olub, bir nəfər xəsarət alıb.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
"Maqadan vilayətində altı nəfərdən ibarət turist qrupu qar uçqununa düşüb. Nəticədə dörd nəfər həlak olub, bir nəfər xəsarət alıb", - agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, qrupdan bir turist xəsarət almayıb. Hazırda qrupun müəyyən olunmuş qaydada qeydiyyata alınıb-alınmadığı araşdırılır.
Turistləri təxliyə etmək üçün helikopter göndərilib.