|
|
|
|

Türkiyədə 4,7 maqnitudalı zəlzələ olub.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların Samsun şəhərindən 50 km cənubda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.



