|
|
|
|

Suriyanın Moskvadakı səfiri Bəşir Cəfəri Rusiyadan sığınacaq istəyib.
525.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
“Suriya səfiri Rusiya Federasiyasından sığınacaq istəyib”, - mənbə bildirib.
Bundan əvvəl Suriya Xarici İşlər Nazirliyi Moskvadakı səfirinin dəyişdirilməsi barədə qərar qəbul edib. Nazirliyin rəsmi nümayəndəsi Abdullah Əl-Həkinin sözlərinə görə, Suriyanın Moskva və Ər-Riyaddakı səfirlərinin Dəməşqdəki mərkəzi ofisə geri çağırılmasına dair qərar verilib. Əl-Haki bildirib ki, Moskvadakı diplomatik missiyanın rəhbəri vəzifəsinə bir neçə namizəd var. Yeni səfirin adı daha sonra açıqlanacaq.
Pərvanə Sultanova



