|
|
|
|

ABŞ-nin Kaliforniya ştatının cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentri San-Dieqo şəhərinin yaxınlığında yerləşib. Yerli vaxtla 17:08-də (Bakı vaxtı ilə 21:08) olan titrəyişlər Los-Ancelesdə də hiss olunub.
Qeyd edək ki, zəlzələnin episentri 13,4 km dərinlikdə yerləşib.
L.Tağıyeva



