|
|
|
|

Məşhur "World Happiness Report" dərgisinin bu il üçün hesabatında Ukrayna Avropanın ən bədbəxt ölkəsi hesab olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hesabat bir neçə faktora, o cümlədən, insanların yaşayış səviyyəsi və gəlirləri, təhlükəsizlik, səhiyyə və digər məqamlara əsasən hazırlanıb.
Ukraynaya 10 mümkün baldan 4,7 bal verilib. Axırdan ikinci yerdə 5,4 balla Albaniya, üçüncü yerdə isə 5,6 balla Bolqarıstan qərarlaşıb.
Qeyd edək ki, hesabata görə Avropanın ən xoşbəxt ölkəsi 7,7 bal göstərici ilə Finlandiyadır.
L.Tağıyeva



