|
|
|
|

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Ukraynaya 40 milyard avro məbləğində yeni maliyyə yardımı paketi ayırmaq fikrindən daşınıb.
525.az xəbər verir ki, bu barədə “Publico” qəzeti yazıb.
Nəşrin məlumatına görə, Kallas sözügedən təşəbbüs üçün Avropa İttifaqı daxilində əsas müttəfiqlərdən dəstək ala bilməyib. Fransa, İspaniya və İtaliya bu təklifə qarşı çıxıblar.
“Kaya Kallas makro planının uğur qazanmayacağına dair sübutlarla qarşılaşanda təslim olmaq və praqmatizm nümayiş etdirmək məcburiyyətində qalıb”, - nəşr yazıb.
İbrahim Cəfərov



