Suriyanın keçmiş prezidenti Bəşər Əsəd 2024-cü ilin dekabrında ölkəni tərk etməyə hazırlaşarkən özü ilə nəğd pul və qiymətli əşyalar aparıb.
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bir neçə Suriya rəsmisinin və Əsədə yaxın mənbənin bildirdiyinə görə, keçmiş prezident Suriyadan qaçmazdan əvvəl icarəyə götürdüyü şəxsi təyyarə ilə özü ilə təxminən 500 min dollar pul, bundan əlavə, rəsmlər, heykəllər, sərt disklər və məxfi məlumatları ehtiva edən sənədlər götürüb.
“Reuters”in yazdığına görə, Əsədin iqtisadi müşaviri Yassar İbrahim tərəfindən icarəyə götürülmüş “Embraer Legacy 600” təyyarəsi Əsədin devrilməsindən 48 saat əvvəl Suriyadan Birləşmiş Ərəb Əmirliklərinə 4 gediş-dönüş uçuşu edib.
Agentliyin məlumatına görə, sonuncu uçuş Rusiyanın Xmeymim aviabazasından həyata keçirilib.
İbrahim Cəfərov