Qətər əmiri Təmim ben Həməd Əl Tani Rusiyaya rəsmi səfərə gəlib.
525.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qətər əmirin təyyarəsi “Vnukovo-2” hava limanına enib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Vladimir Putin və Həməd Əl Tani arasında danışıqlar zamanı Ukrayna münaqişəsinin həlli və Yaxın Şərqdəki vəziyyətə toxunula bilər.
Tərəflərin, həmçinin investisiya əlaqələrini artırmaq və enerji, sənaye, nəqliyyat, logistika, mədəniyyət və idman sahələrində də əməkdaşlığı genişləndirmək barədə müzakirə aparacaqları bildirilir.
İbrahim Cəfərov