Yuta ştatında müdafiə sənayesi üzrə ixtisaslaşmış "Northrop Grumman" kompaniyasına məxsus binaların birində partlayış baş verib.
525.az ABŞ mətbuatına istinadən xəbər verir ki, nəticədə Boks-Elderdə yerləşən zavodun ərazisindəki bina tamamilə məhv olub.
Partlayış zamanı ölən və yaralananların olmadığı bildirilir. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
Qeyd edək ki, "Northrop Grumman" ABŞ-nin ən böyük hərbi kompaniyalarından biridir. Kompaniya əsasən, PUA, bombardmançı təyyarələrin və hərbi gəmilərin istehsalı ilə məşğuldur.
L.Tağıyeva