Myanma hakimiyyəti ölkədə qeyd edilən "Ata Tincan" bayramı münasibətilə 4 min 900 məhbusu azadlığa buraxıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 100 məhbusun cəza müddəti azaldılıb.
Amnistiyaya düşənlər arasında qətl, zorlama, narkotiklərin qanunsuz dövriyyəsi və terrorizm maddələri ilə həbs olunanlar yoxdur. Üstəlik, artıq keçmiş məhbuslara azadlıq bir şərtlə verilib: əgər gələcəkdə hansısa cinayət törədərlərsə, cəkmədikləri cəza müddəti yeni cəzanın üstünə gələcək
Qeyd edək ki, ölkədə əsas bayram hesab olunan "Ata Tincan" Myanmada yerli Yeni il bayramıdır.
L.Tağıyeva