İraqda demək olar ki, bütün ölkə ərazisini əhatə edən qum fırtınası üzündən 3700-dən çox insan müxtəlif respirator xəstəliklə xəstəxanalara yerləşdirilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İraqın Səhiyyə Nazirliyinin əməkdaşı Saif əl-Bədr məlumat verib.
Təkcə paytaxt Bağdadda həkimlər 1014 insana yardım göstərib. Ölkənin cənubunda yerləşən Əl-Mutannada isə bu rəqəm 874 təşkil edib.
Ümumilikdə, rəsmi müraciətlərin 3747 olduğu, ölüm faktının qeydə alınmadığı bildirilir.
Yeri gəlmişkən, qum fırtınası İraqda adi təbiət hadisəsi hesab olunur. Bu üzdən həkimlər xəstələrə daha tez yardım etməyə öyrəşiblər.
L.Tağıyeva