Peru Milli Məhkəməsi ölkənin keçmiş prezidenti Olyanta Umala və həyat yoldaşı Nadin Eredia ilə bağlı 3 illik araşdırmadan sonra yekun qərarını açıqlayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, maliyyə maxinasiyalarında ittiham olunan keçmiş prezident və xanımı ilə bağlı 15 il həbs qərarı verilib.
Umala həbsxanaya yerləşdirilib, Eredia isə hələ azadlıqdadır. Belə ki, keçmiş "first lady" Braziliya səfirliyinə sığınaraq, bu ölkədən sığınacaq istəyib.
Qeyd edək ki, 63 yaşlı Olyanta Umala 2011-16-cı illərdə Perunun prezidenti olub.
L.Tağıyeva