İran Prezidenti Məsud Pezeşkianın səfərinə hazırlıq çərçivəsində böyük nümayəndə heyəti Azərbaycana gələcək.
525.az APA ya istinadən xəbər verir ki, bu barədə İranın Ticarət Palatasının sədr müavini Hüseyn Pirmüəzzin bildirib.
O bildirib ki, Pezeşkian Azərbaycana səfərə Ərdəbil və ölkənin şimal-qərb əyalətlərindən 110 özəl sektor fəalı, iş adamı, ölkənin 4 ostanının valiləri ilə birlikdə gələcək.
Onun sözlərinə görə, heyətin bir qismi prezidentin səfərindən əvvəl - aprelin 28-də Azərbaycana səfər edəcək.
Qeyd edilib ki, Pezeşkianı səfər zamanı ümumilikdə 110-120 nəfər müşayiət edəcək.