Rusiya Ukraynada vəziyyətin həllinə və özünün bütün maraqlarının təmin olunmasına çalışır.
525.az APA ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, hazırda bu məsələ ilə bağlı bir sıra işlər görülsə də, atılmalı olan addımlar çoxdur:
“Avropadan sülh istiqamətində çağırışlar eşidilmir. Söhbət yalnız hərbiləşdirmədən getmir. Bu, çətin ki Ukraynada vəziyyətin tənzimlənməsinə şərait yaratsın”.