ABŞ-nin Yəmənin Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində azı 58 nəfər həlak olub, daha 126 nəfər yaralanıb.
Bu barədə 525.az “Report” a istinadən xəbər verir.
Daha əvvəl 38 nəfərin öldüyü və 102 nəfərin yaralandığı bildirilmişdi. Mənbələrin məlumatına görə, neft terminalının yerləşdiyi Ras-İsa limanı aprelin 18-I gecə saatlarında kütləvi hava hücumuna məruz qalıb. Zərbələr nəticəsində böyük yanğın başlayıb.
Xatırladaq ki, ABŞ silahlı qüvvələrinin Mərkəzi Komandanlığı öz növbəsində Ras-İsa limanının məhv edildiyi barədə məlumat yayıb.