Tehran Rusiya prezidenti Vladimir Putinin 2025-ci ildə İrana səfər edəcəyinə ümid edir.
525.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“İran prezidenti Məsud Pezeşkian rusiyalı həmkarı Vladimir Putini İrana səfərə dəvət edib. Ümid edirik ki, bu səfər cari il ərzində baş tutacaq”, - nazir söyləyib.
Bundan əvvəl Putin XİN başçısını Kremldə qəbul edib.
Pərvanə Sultanova