Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə Ermənistan parlamentinin sədr müavini, Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan arasında telefon danışığı olub.
525.az APA ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb.
Telefon söhbəti zamanı, rəsmi Moskva bir daha İrəvanla Ankara arasında ortaq nöqtələrin tapılmasına bundan sonra da vasitəçilik etmək niyyətini açıqlayıb.
Bildirilib ki, iki ölkənin əlaqələrinin normal məcraya qayıtması Cənubi Qafqazda sabitlik və dayanıqlı inkişafın əsas faktorudur.
Öz növbəsində, Rubinyan Rusiya tərəfini normallaşma ətrafında gedən proseslər barədə məlumatlandırıb.
Hər iki ölkənin rəsmiləri, həmçinin, ikitərəfli münasibətlərə dair bir sıra məsələləri, habelə Cənubi Qafqazda “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, üstəgəl, Rusiya, İran, Türkiyə) formatı çərçivəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçirib.
Fikir mübadiləsinin konstruktiv dialoq şəraitində keçdiyi vurğulanıb.