Neapolda funikulyor kabinəsinin yerə düşməsi nəticəsində 4 turist həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, daha 1 nəfər ağır yaralanıb.
Həlak olanların ikisinin şəxsiyyəti məlumdur. Onlar britaniyalı ər-arvaddır. Digər 2 nəfərin şəxsiyyəti dəqiqləşdirilir. Ümumilikdə kabinədə 21 nəfərin olduğu bildirilir. Xilasedicilər 16 nəfəri sağ-salamat qurtarırlar. Qalan 5 nəfərin taleyi barədə isə məlumat verdik.
Qeyd edək ki, Vezuvi vulkanı və Neapol körfəzinə mənzərəni izləmək üçün turistlərin sevimli məkanına çevrilmiş funikulyor qış fasiləsindən sonra ilk dəfə onların ixtiyarına verilibmiş. Qəza kanat yolun qırılması nəticəsində baş verib. Böyük ehtimalla, funikulyor qış fasiləsindən sonra texniki baxışdan keçməyib. Araşdırma aparılır.
L.Tağıyeva