ABŞ-də bir qrup insan arasında baş verən silahlı insident zamanı azı 2 nəfər həyatını, 6 nəfər yaralanıb itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Tallahassi şəhərində yerləşən Florida Universitetinin şəhərciyində baş verib.
Polisin məlumatına görə, 2 silahlı şəxsin 1-i onlar tərəfindən öldürülüb. Digəri - 20 yaşlı Finiks Ayner həbs olunub. Məlum olub ki, Aynerin istifadə etdiyi silah polis əməkdaşı olan anasına məxsusdur
Qeyd edək ki, hələlik hadisənin motivi bəlli deyil. Cinayət işi başlanılıb, araşdırma aparılır.
L.Tağıyeva