|
|
|
|

Rusiyanın İrkutsk şəhərində adi həkim müayinəsi zamanı 11 yaşlı oğlanın sinəsində güllə aşkarlanıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rentgen müayinəsi zamanı həkimlər onun sinəsində yad çism olduğunu görüblər və bu barədə polisi məlumatlandırılır.
Məlum olub ki, güllə travmatik tapançaya məxsusdur. Qışda atasının açdığı atəş nəticəsində yaralanan uşaq "söhbəti" bağlı saxlamaq qərarına gəliblər.
Qeyd edək ki, həkimlərin tələbi ilə güllə uşağın sinəsindən çıxarılıb. Ata isə həbs olunub.

L.Tağıyeva



