İran Böyük Britaniya, Almaniya və Fransanı Tehran və Vaşinqton arasında aparılan danışıqlarda konstruktiv rol oynamağa çağırıb.
525.az “Report” a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai bildirib.
"Avropa ölkələri ("Avropa üçlüyü" kimi tanınan Böyük Britaniya, Almaniya və Fransa 2015-ci ildə İranın nüvə proqramı üzrə sazişin imzalanmasında iştirak edib) danışıqlarda konstruktiv rol oynayaraq öz mövqelərini bərpa etmək, yoxsa qeyri-konstruktiv qüvvələr kimi hərəkət etmək istədiklərinə dair qərar verməlidirlər", - o qeyd edib və “Avropa üçlüyü”nün hazırkı fəaliyyətini qeyri-konstruktiv adlandırıb.
XİN nümayəndəsinin sözlərinə görə, İran Avropa ölkələri ilə əlaqə saxlayır və onları Maskat prosesinin gedişi barədə məlumatlandırır.