Çin hökuməti tərəfindən göndərilən təcili humanitar yardımın yeddinci partiyası Myanmaya çatdırılıb.
525.az xəbər verir ki, bu barədə yerli media xəbər yayıb.
Humanitar yardıma 800 min paket amoksisillin, 122 min ampula parasetamol və inyeksiya üçün mannitol, 225 min bağlama sefradin və 480 min butulka ibuprofen həbləri daxildir. Dərmanların ümumi çəkisi 95 tondur.
Martın 28-də Myanmada 7,9 bal gücündə zəlzələ baş verib. Dağıdıcı zəlzələ nəticəsində 3726 nəfər ölüb, daha 5105 nəfər yaralanıb, 129 nəfər itkin düşüb.
Pərvanə Sultanova