İran Prezidenti Məsud Pezeşkian Papa Fransiskin vəfatı ilə əlaqədar başsağlığı verib.
525.az “Report” a istinadən xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
İran Prezidenti bildirib ki, Papanın mənəvi həyatı və liderliyinin əsas məqamlarından biri dünyadakı qeyri-insani davranışlara qarşı tutduğu humanist mövqe olub.
M.Pezeşkian qeyd edib ki, İran xalqı adından onu və xatirəsini anır, Allahdan bu dini liderin ruhuna əbədi sülh bəxş etməsini diləyir.