Kambocada xüsusi təlim keçmiş siçan Ronin 109 mina və 15 sursat taparaq rekord qırıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, xüsusi qoxu təlimi almış siçanlar müharibə qalıqlarının təmizlənməsində mühüm rol oynayır.
Siçovulların adətən yaxşı reputasiyası olmasa da, Ronin bunu dəyişmək üzrədir. Xüsusi təlim keçmiş Ronin qoxu qabiliyyəti ilə gizli minaları aşkar edir və insanların həyatını xilas edir.
Afrika nəhəngi kisəli siçovul olan Ronin 2021-ci ilin avqustundan 2025-ci ilin fevralına qədər Kambocanın Siem Reap şəhərində 109 mina və 15 partlamamış hərbi sursat aşkar edərək dünya rekordu qırıb. Ginnesin Rekordlar Kitabı tərəfindən təsdiqlənən müvəffəqiyyət, bu sahədə ən çox aşkarlama sayı olaraq qeyd edilib.
Malik Atilay