Keniyanın paytaxtı Nayrobi yaxınlığında şir hücumuna məruz qalan 14 yaşlı qız ölüb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Keniya Vəhşi Təbiət Xidmətinin (KWS) verdiyi açıqlamaya görə, hadisə Nayrobi Milli Parkının düz yanındakı fermada baş verib.
Başqa bir azyaşlı uşaq bunu görüb səlahiyyətliləri xəbərdar etdikdən sonra KWS qrupları hərəkətə keçib və Mbagathi çayının sahilində qızın cansız bədəninin qalıqları aşkarlanıb.
Malik Atilay