ABŞ-nin Massaçusets ştatındakı Harvard Universitetinin şəhərciyində atəş səsləri eşidildikdən sonra universitet əməkdaşları və tələbələr üçün təhlükəsizlik tədbirləri görülüb.
525.az xarici mediaya istinadən xəbər verir ki, Harvard Universitetinin şəhərciyindəki metro stansiyasında atəş səsləri eşidildikdən sonra məktəb rəhbərliyi elektron poçt vasitəsilə xəbərdarlıq mesajı göndərib.
Tələbələrə və işçilərə göndərilən e-poçtda hər kəsdən bir müddət öz yerlərində qalmaları və indiki yerlərini tərk etməmələri istənilib, metrodan istifadə edən bəzi sərnişinlər isə təhlükəsizlik səbəbi ilə avtobuslara yönləndirilib.
Malik Atilay