|
|
|
|

Rusiya Müdafiə Nazirliyi ötən həftə Donetsk vilayətində 4 yaşayış məntəqəsini nəzarətə götürdüklərini bildirib.
525.az xarici mediaya əsasən xəbər verir ki, nazirlikdən verilən açıqlamada aprelin 12-18-də Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun fəaliyyəti ilə bağlı məlumat verilib.
Açıqlamada qeyd olunub ki, həftə ərzində Ukraynanın hərbi sənaye elementləri, Ukrayna əsgərləri və xarici muzdluların müvəqqəti yerləşdiyi nöqtələrə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar təşkil edilib, 1618 Ukrayna PUA-sı vurulub.
Son bir həftədə Donetsk vilayətində 4 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi, “Donetsk Xalq Respublikasının Kalinovo, Valentinovka, Yelizavetovka və Preobrajenka yaşayış məntəqələrinin azad edildiyi” bildirilib.
Malik Atilay



