|
|
|
|

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində bombalı hücum nəticəsində 3 polis əməkdaşı ölüb, 19 nəfər yaralanıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, regional hökumət rəsmisi Şahid Rind bildirib ki, Bəlucistan əyalətinin Məstuk rayonunda bombalı hücum baş verib.
Təhlükəsizlik işçilərini daşıyan avtomobilə pusquya salınaraq həyata keçirilən hücumda 3 polis məmuru ölüb, 19 nəfər yaralanıb.
Pakistanın baş naziri Şahbaz Şərif hücumu pisləyib və "terrorla mübarizəni" davam etdirəcəklərini vurğulayıb.
Milli mediada hücumun Bəlucistan Azadlıq Ordusu (BLA) tərəfindən həyata keçirilə biləcəyi iddia edilib.
Bu arada silahlı şəxslər Hayber Paxtunxva əyalətinin Dera İslamil Xan rayonunda iki poliomielit mütəxəssisini oğurlayıblar.
Malik Atilay



