Mərhum rusiyalı siyasətçi, Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin xarici pasportu "Şimal" Hərrac Evində hərraca çıxarılacaq.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, lotun ilkin qiyməti 100 min rubl (təxmini 2070 manat) təşkil edəcək.
Pasport 1992-97-ci illərdə qüvvədə olub. Səhifələrində müxtəlif ölkələrə getmək üçün vizalar, sərhəd-buraxılış məntəqələrinin qeydləri və möhürləri, həmçinin, Jirinovskinin imzası var.
Qeyd edək ki, Vladimir Jirinovski 2022-ci il aprelin 6-da, 76 yaşında dünyasını dəyişib.
L.Tağıyeva