ABŞ-də sərnişin təyyarəsi havaya qalxmaq üzrəykən mühərriklərinin biri alovlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə bu gün səhər Orlando hava limanında baş verib.
Atlantaya "Airbus A330" təyyarəsi qəza səbəbindən uçuşu dayandırmalı olub. Hava limanının mühafizə xidməti qısa zamanda hava trapları ilə sərnişinləri təxliyə edib, yanğın digər detallara keçməmiş söndürülüb.
Hadisə yerinə ABŞ Federal Mülki Aviasiya İdarəsinin əməkdaşları gəliblər. Yanğınla bağlı araşdırma bitənə kimi heç bir açıqlama verilməyəcəyi bildirilib.
Qeyd edək ki, təyyarənin göyərtəsində olan 282 sərnişin və 12 ekipaj üzvünün heç biri xəsarət almayıb.
L.Tağıyeva