Ukrayna Pasxa bayramından sonra atəşkəsin uzadılmasını təklif edib.
525.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Zelenski “X” sosial şəbəkəsində yazıb.
O bildirib ki, Ukrayna atəşkəs rejiminin hərtərəfli olmasını təklif edib.
Zelenski əlavə edib ki, Kiyevin mülki infrastruktura hücumları dayandırmaq təklifi də masada qalır. Onun sözlərinə görə, Rusiya tərəfi bu söhbətə həqiqətən hazır olmalıdır, halbuki Ukrayna tərəfindən bu baxımdan problem yoxdur və olmayacaq da.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu məsələdə mülki obyektlərin nə vaxt hərbi hədəf ola biləcəyini və nə vaxt ola bilməyəcəyini aydın başa düşmək lazımdır.
İbrahim Cəfərov