Məhkəmə Kiyev meri Vitali Kliçkonun müavini Vladimir Prokopiv barəsində həbs qərarı çıxarıb.
525.az xəbər verir ki, bu barədə “Ukrinform” agentliyi məlumat yayıb.
Ukrayna Baş Prokurorluğunun mətbuat xidmətinin xəbərinə görə, Prokopiv 60 sutka ərzində ev dustaqlığına buraxılıb.
O, səfərbərlikdən yayınmaq üçün sxem təşkil etməkdə ittiham olunur.
Həbs olunmazdan əvvəl Prokopiv səlahiyyətlərindən məhrum edilib.
İbrahim Cəfərov