|
|
|
|
ABŞ-nin daxili təhlükəsizlik naziri Kristi Noem qarət olunub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Vaşinqtonda yerləşən "Capitol Burger" restoranında baş verib.
Tibb maskası taxmış naməlum şəxs ailəsi ilə restorana təşrif buyurmuş nazirin çantasını oğurlayıb. Çantada 3 min dollar nağd pulla yanaşı, sürücülük vəsiqəsi, dərmanlar, mənzilin açarları, pasport və nazirliyə buraxılış sənədi var imiş.
Baş verənlər restoranın təhlükəsizlik kameralarına düşüb. Polis məhz bu görüntülər vasitəsilə cinayətkarın tapılmasına ümid edir.
Qeyd edək ki, hadisə baş verən zaman nazirin mühafizəçiləri də restoranda imişlər.
L.Tağıyeva