Rusiya Coğrafiya Cəmiyyətinin Həştərxan vilayəti üzrə şöbəsinin rəhbəri Pyotr Buxaritsin yaşayış olmayan adaya ekspedisiya zamanı itkin düşüb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aprelin 19-da yoxa çıxmış alimin axtarışlarına xeyli canlı qüvvə ilə yanaşı, sərhəd xidmətinin gəmisi və 2 kater cəlb olunub.
Qrup Xəzər dənizində, Volqa çayının deltasında yerləşən Ukatnıy adasına çatdıqdan sonra ekspedisiya üzvləri adanı öyrənmək üçün müxtəlif istiqamətə yollanıblar. Bundan sonra 76 yaşlı Buxaritsindən xəbər olmayıb.
Qeyd edək ki, bütünlüklə qumdan ibarət olan və 14,9 kv.km ərazisiyə malik Ukatnıy adası Qazaxıstanla sərhədin 20 km-də yerləşir. Ada yaşamaq üçün əlverişli deyil, burada əsasən köçəri quşlar məskunlaşırlar.
L.Tağıyeva