|
|
|
|
Fransa prezidenti Emmanuel Makron növbədənkənar seçkilər keçirmək üçün artıq bu ilin payızında ölkə parlamentini buraxmağı düşünür.
525.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentliyin yazdığına görə, Makron son bir neçə həftə ərzində öz yaxın ətrafı ilə bu ssenari haqqında danışır.
“Nəzərdən keçirilən variantlardan biri parlamentin buraxılması üçün gələn ilə qədər gözləməkdir ki, qanunverici orqanlara seçkilər planlaşdırılan bələdiyyə seçkiləri ilə eyni vaxtda keçirilsin”, - deyə “Bloomberg” yazıb.
Parlamentin buraxılması və erkən seçkilərin 2025-ci ilin payızında keçirilməsinin mümkünlüyü də araşdırılır.
O da qeyd edilib ki, bu məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.
İbrahim Cəfərov