|
|
|
|
Estoniya Rusiya ilə sərhəddə yerləşən Narva şəhərində yeni hərbi baza salacaq.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirliyinin baş qərargah rəisi, general-mayor Vahur Karus bildirib.
Məqsəd əhaliyə bu ərazidə təhlükəsizliyin tam nəzarətdə olmasını nümayiş etdirməkdir.
Qeyd edək ki, qərargah rəisi ilkin mərhələdə bazada 200-250 hərbçinin yerləşdiriləcəyini, gələcəkdə olnların sayının artırılacağını da söyləyib.
L.Tağıyeva