|
|
|
|
İndoneziyanın paytaxtı Cakartada, Sukarna-Hatta hava limanında kuryoz hadisə yaşanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Batik Air" aviaşirkətinə məxsus təyyarə havaya qalxmağa hazırlaşarkən, sərnişinlərdən biri zarafatla əl çantasında bomba olduğunu bildirib.
Bunu ciddiyə alan bələdçilər dərhal təhlükəsizlik xidmətinin əməkdaşlarına məlumat veriblər. Zarafat edən yaşlı qadın protokol qaydalarına uyğun olaraq yoxlanış üçün təyyarədən endirilib.
Qeyd edək ki, 2 saat sonra zarafatcıl qadınsız mənzil başına yola düşüb. "Səbəbkar"ın adı isə şirkətin qara siyahısına salınıb.
L.Tağıyeva