Danimarka dünyada ən uzun sualtı tunel inşa etməyə hazırlaşır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Danimarka ilə Almaniyanı birləşdirəcək və 18 km uzunluğu olacaq tunel Baltik dənizinin altından çəkiləcək.
Hesablamalara görə, layihə 7,4 milyard dollara başa gələcək. Gündəlik 12 min avtomobil və 100 qatar tunel vasitəsilə hər 2 istiqamətə hərəkət edəcək. Bununla da indiyə kimi Danimarkadan Almaniyaya 45 dəqiqəlik bərə ilə hərəkətə demək olar ki, ehtiyac qalmayacaq. Yeni marşrutla avtomobillər bir tərəfdən digər tərəfə 10, qatarlar isə 7 dəqiqəyə çatacaq.
Qeyd edək ki, tunelin 2029-cu ildə istifadəyə verilməsi nəzərdə tutulub.
L.Tağıyeva