|
|
|
|
Gürcüstanda Ozurgeti-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.
525.az APA-ya istinadən xəbər verir ki, qəzanın səbəbinin qeyri-müəyyən olduğu bildirilir.
Məlumata görə, hərəkətdə olarkən vaqonlarda elektrik enerjisi kəsilib və qatar dayanıb. Sərnişinlərdən vaqonları tərk etmələri istənilib. Sərnişinlər daha sonra tüstü müşahidə etdiklərini bildiriblər.