|
|
|
|

Yəməndə İranın dəstəklədiyi husilər ABŞ-ın Yəmənin paytaxtı Səna və Marib şəhərinə dörd hava hücumu təşkil etdiyini açıqlayıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, husilərə məxsus Əl-Məsirə televiziyasında yayımlanan xəbərdə ABŞ-ın hücumları ilə bağlı məlumat verilib.
Xəbərdə Sənanın Əl-Hisn bölgəsindəki Hurub kəndinə və Maribin Məczar bölgəsinə 4 hava zərbəsi endirildiyi deyilib.
Kanalın əvvəlki xəbərində ABŞ təyyarələrinin Hudeydanın Ət-Tuheyta bölgəsinə 25, Maribin Məczar bölgəsinə isə 2 hücum təşkil etdiyi paylaşılmışdı.
Hücumlardan sonra itkilər barədə məlumat verilməyib.
ABŞ hələ ki, hücumlarla bağlı açıqlama verməyib.
Qeyd edək ki, husilər dünən axşam saatlarında ABŞ döyüş təyyarələrinin Yəmənin paytaxtı Sənada təşkil etdiyi hücumda 12 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.
Malik Atilay



