|
|
|
|

Sentyabrın 18-də Çinin Quandun əyalətinin Sincin şəhərində 10 yaşlı yapon uşağı bıçaqlayaraq öldürən cinayətkarın edam edildiyi bildirilib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki , “Japan Times” qəzetinin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Çin Xarici İşlər Nazirliyi Yaponiyanın Pekindəki səfirliyinə “Cong Changchun” kimi tanınan 44 yaşlı cinayətkarın edam edildiyi barədə məlumat verib.
Açıqlamada şübhəlinin nə vaxt və harada edam edildiyi barədə məlumat verilməyib.
Atasının yapon, anası isə Çin vətəndaşı olduğu bildirilən 10 yaşlı uşaq 2024-cü il sentyabrın 18-i səhər saatlarında Sincindəki Yapon İbtidai məktəbinə gedərkən bıçaqla hücuma məruz qalıb. Xəsarət alan uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib, hücum edən şəxs isə hadisə yerində saxlanılıb.
Sıncın mətbuatında yer alan xəbərə görə, soyadının "Cong" olduğu bildirilən 44 yaşlı şübhəli uşağa bıçaqla hücum etdiyini etiraf edib və polisdəki ifadəsində qətli tək törətdiyini bildirib. Şübhəlinin əvvəllər telekommunikasiya şəbəkəsində təxribat törətmək və ictimai asayişi pozmaqda ittiham olunduğu bildirib.
Qeyd edək ki, yanvar ayında Sıncında keçirilən məhkəmədə cinayətkar edam cəzasına məhkum edilib.
Malik Atilay



