Rusiyalı güləşçi Bilal Maxovun 2 medalı əlindən alınıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun antidopinq qaydalarını pozması olub.
Beynəlxalq Dopinq-test Agentliyinin məlumatına görə, Maxov beynəlxalq antidopinq kodeksinin müvafiq maddəsini pozduğuna görə onun 2015-ci il yanvarın 10-dan 2020-ci il yanvarın 27-ə kimi olan bütün nəticələri ləğv edilib. Bu isə o deməkdir ki, 37 yaşlı güləşçinin 2015-ci ildə Las-Veqasda sərbəst və Yunan-Roma güləşi üzrə qazandığı 2 bürünc medal etibarsız sayılır.
Qeyd edək ki, 2012-ci ildə Londonda keçirilən Olimpiya oyunlarının qızıl medalçısı olan Maxov 2021-ci ildə Rusiya Antidopinq Agentliyi tərəfindən yarışlardan 4 illik uzaqlaşdırılıb.
L.Tağıyeva