Fransada ukraynalıları daşıyan avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sarta departamentinin rəhbərliyi sosial şəbəkə hesabında paylaşım edib.
Məlumatda qəzanın bu gün günorta saatlarında A81 avtomagistralında, Degre şəhəri yaxınlığında olduğu bildirilir.
Qəza nəticəsində 4 ukraynalının dünyasını dəyişib, 34 nəfər isə yaralanıb. Onların 11-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, hadisədən az sonra əraziyə 49 müxtəlif texnika, 87 xilasedici cəlb olunub. Qəzanın baş vermə səbəbləri, həmçinin, ukraynalıların Le-Mana getmə səbəbləri araşdırılır.
L.Tağıyeva