https://525.az/img/pics/medium/2026-07/398344_b3l9cen0n2.jpg Motosiklet və moped qəzaları
https://525.az/img/pics/medium/2026-07/398368_rvigwpkpkq.jpg Azərbaycanda ekoloji siyasət: ardıcıl proqramlar, məqsədyönlü addımlar
https://525.az/img/pics/medium/2025-10/367606_yp1dbcw343.jpg Həyat həqiqətləri bədii təxəyyül işığında - Tural Adışirin yazır
https://525.az/img/pics/medium/2022-03/220713_pqe3s6s2c5.jpeg Kimsə bilməz Tanrı dağın yaşını... - Ağacəfər Həsənli yazır
search
25 İyul 2026
24 İyul 2026

Hidayət Heydərovdan sensasion məğlubiyyət

Hidayət Heydərovdan sensasion məğlubiyyət

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir.

QOL.az xəbər verir ki, yarışın 3-cü günündə kişilərdən Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) gözlənilməz məğlubiyyətlə üzləşib. O, 1/16 finalda Portuqaliyanı təmsil edən əslən gürcüstanlı Otari Kvantidze ilə qarşılaşıb və uduzub. Bununla da o, dünya çempionatında mübarizəni erkən başa vurub.

Qeyd edək ki, 22 yaşlı Otari Kvantidze bir sıra beynəlxalq yarışda mükafatçılar sırasında yer alsa da, onun Avropa və dünya çempionatlarında hələlik titulu yoxdur.

***

Eyni çəkidə yarışan Rəşid Məmmədəliyev isə 1/16 finalda Kazbek Naquşev (BƏƏ) - Covanni Esposito (İtaliya) cütünün qalibi ilə üz-üzə gələcək.

***

Qadınlardan isə Fidan Əlizadə (57 kq) 1/16 finalda serbiyalı Marika Perişiçlə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan dünya çempionatında 10 çəki dərəcəsində 13 cüdoçu ilə təmsil olunur. Yarışın ilk iki günündə kişilərin mübarizəsində Əhməd Yusifovla (60 kq) Ruslan Paşayev (66 kq), qadınlarda isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) erkən məğlub olaraq, mübarizəni medalsız başa vurublar.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.